RU

BAYDENLƏ TRAMP CNN-DƏ “TOQQUŞDU” - İlk teledebatı kim qazandı?

Bayden olduqca zəif performans göstərib, Tramp isə yalanları ilə seçilib

Ötən gün ABŞ-də hazırkı prezident Co Bayden və Ağ Evin keçmiş rəhbəri Donald Tramp arasında noyabrın 5-də keçiriləcək prezident seçkiləri öncəsi ilk teledebat keçirilib. Namizədlər CNN-in studiyasında çıxış ediblər.

“AzPolitika” xəbər verir ki, xarici KİV-in yazdığına görə, “televiziya dueli” ABŞ iqtisadiyyatındakı vəziyyətin müzakirəsi ilə başlayıb. 

Tramp və Bayden inflyasiya, iş yerləri və vergi siyasəti ilə bağlı fikir mübadiləsi aparıblar. Bayden onun prezidentliyinin iqtisadi uğurları hesab etdiyi amilləri sadalayıb və əlavə edib ki, “hələ görüləsi çox iş var”.

Tramp isə inflyasiyanın ABŞ-ni “öldürdüyünü” deyib.

İmmiqrasiya və abort qadağası ilə bağlı fikir mübadiləsindən sonra rəqiblər xarici siyasət gündəminə keçiblər.

Moderator Dana Baş debat iştirakçılarından Vladimir Putinin irəli sürdüyü atəşkəs şərtlərini məqbul hesab edib-etmədiklərini soruşub.

Tramp Baydeni Ukraynadakı müharibədə günahlandıraraq deyib ki, onun liderlik keyfiyyətləri yoxdur və “ABŞ-nin lideri olsaydı”, genişmiqyaslı işğal heç vaxt baş verməzdi.

“Bu, heç vaxt başlamamalı olan müharibədir”, - deyən eks-prezident Baydenin dövründə Kiyevə “200 milyard dollar və hətta daha çox” pul ayrıldığını iddia edib. Tramp deyib ki, “bu, çox böyük pullardır".

Tramp yenə təkrar edib ki, seçkilərdə qalib gəlsə, münaqişəni hələ Ağ Evə qədəm qoymamış həll edəcək. Lakin bunu necə etmək niyyətində olduğunu açıqlamayıb.

Onun çıxışındakı ən vacib məqamlardan biri isə o olub ki, birmənalı olaraq, Putinin “sülh təklifi” ilə qətiyyən razı deyil.

Xatırladaq ki, Putin Ukraynanın Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərinin ərazilərini tam tərk etməsini, NATO-ya üzvlükdən imtina etməsini və Rusiyanın üzərindən beynəlxalq sanksiyaların götürülməsini istəmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
azpolitika.info

1Источники