Birinci Qarabağ müharibəsində itkin düşmüş, 32 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Cavadov Elman Xurşud oglunun qalıqları ailəsinə təhvil verilib.
Reyting.az-ın məlumatına görə, şəhid Elman Cavadovla Sumqayıtda vida mərasimi keçirilib.
Şəhidin qalıqları Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Şəhid Elman Cavadov 1973-cü ildə də Sumqayıt şəhərində anadan olub. 3 nömrəli məktəbdə təhsil alıb. 1992-ci ildə həqiqi hərbi xidmətə cağırılıb.
1992-ci il iyulun 19-da Agdərənin Aterk kəndində itkin düşüb.(APA)