RU

Türkiyə mətbuatı: 28 iyun 2024

''Yeni Şafak'': Rəcəb Tayyib Ərdoğan: ''Qəzzadakı qətliamlara görə məsuliyyət daşıyanlar beynəlxalq hüqquq qarşısında cavab verəcəklər''

Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğan dünən Prezident İqamətgahında  Estoniya Prezidenti Alar Karis ilə birgə mətbuat konfransı keçirib. Mətbuat konfransında Qəzza məsələsinə toxunan Rəcəb Tayyib Ərdoğan deyib: ''Qəzzadakı qətliamlara görə məsuliyyət daşıyanlar beynəlxalq hüqquq qarşısında cavab verəcəklər. Türkiyə olaraq əlimizdən gələni etməyə davam edəcəyik''.

''Haber Türk'': Son iki həftədə 89 terrorçu zərərsizləşdirilib

Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk nazirlikdə keçirilən mətbuat konfransında terrorla mübarizə əməliyyatlarına toxunaraq deyib:''Həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində son iki həftədə 89 terrorçu zərərsizləşdirilib. Beləliklə, 2024-cü il yanvarın 1-dən etibarən zərərsizləşdirilən terrorçuların sayı 1270-ə çatıb".

''Hürriyet'': Abdulkadir Uraloğlu: ''İstanbul Hava Limanı Avropanın ən işlək hava limanıdır''

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki,  İstanbul Hava Limanı 17-23 iyun tarixləri arasında gündə orta hesabla 1520 uçuşla Avropanın ən işlək hava limanı oldu.

''Sabah'': Əli Yerlikaya almaniyalı həmkarı Feser ilə görüşüb

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Almaniyanın daxili İşlər naziri Nensi Feserlə görüşüb. Dünən Berlində keçirilən görüşdən sonra verilən birgə açıqlamada bildirilib ki, nümayəndə heyətləri arasında keçirilən görüşdə iki nazirliyin öhdəlikləri çərçivəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

''Star'': Neft və təbii qaz sahəsində 2 müqavilə imzalanıb

Türkiyə ilə Mərakeş arasında enerji və mədənçilik sahələrində əməkdaşlığa dair iki saziş imzalanıb. Bildirilib ki, sazişlər neft, təbii qaz və mədənçıxarma kimi sahələrdə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.



Избранный
108
10
trt.net.tr

9Источники