RU

Bu rayonda BİABIRÇI NƏTİCƏ: onlarla müəllim işini itirəcək, bəs saxta diplom verənlər?

"Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Astarada hər üç müəllimdən biri ilə sağollaşmalı olacağıq. Nazir qeyd edib ki, həmin rayon üzrə zəif nəticə çoxdur.

Mövzu ilə bağlı Publika.az-a danışan millət vəkili Fazil Mustafa bildirib ki, burada həm saxta diplom, həm də təhsil sisteminin düzgün qurulmaması amilləri var:

“Bu, ictimai bəladır. Saxta diplom verilmə halları təkcə təhsil sistemində deyil, dövlət idarələri və müxtəlif yerlərdə də kütləvi şəkildə ayrı-ayrı adamların yerləşməsini təmin edir. Bu halda Mirzə Cəlilin “Ölülər” əsərindəki faciə baş verəcək. Heç kəs istəməyəcək ki, ölüsü dirilsin. Ona görə də məsələnin üzərinə radikal getmək təhsili düzəltməyəcək. Təhsildə hədəf olmalıdır ki, inkişaf da olsun. Elə şəxslər var ki, sertifikasiyadan keçməsə belə məktəb mühitinə daha yaxındırlar. Digər məsələsə isə məktəb direktorlarıdır. Bu sahədə də boşluqlar var. Direktorlara müəyyən səlahiyyətlər verilməlidir ki, məktəbin idarə olunmasında özləri də addım ata bilsin”.

Millət vəkili əlavə edib ki, hədsiz mərkəzləşmə təhsili tam çökmüş vəziyyətə gətirib:

“Bir sertifikasiya ilə məktəbi təmizləmək doğru deyil. Məktəblərə baxsaq görərik ki, orada təhsil sisteminə uyğun olmayan xeyli insan var. Onları necə təmizləyəcəyik? Onlar da sertifikasiyaya girəcəklər? Məktəbin sağlamlaşması diqqətə alınmalıdır. Uşaqları məktəbə qaytarmaq lazımdır. Məktəb şagirdə kitab oxuda, mütaliə etdirə bilmirsə, məzun olduqdan sonraki aqibəti necə olacaq? Bütün bu məsələlərə ətraflı baxılmalıdır. Məktəbi təlim və tərbiyə mühiti kimi görərək, orada olan infrastrukturun qurulmasına diqqət yetirmək lazımdır. Müəllimlərin sosial vəziyyəti ilə bağlı ciddi araşdırma aparılmalıdır. Elə bilirlər ki, təhsil sertifikasiyadan asılıdır, bu düzələrsə, məktəb də düzələcək. Doğru yanaşma deyil. Bölgələrdə savadlı müəllimlərin dərs deməsinin tərəfdarıyam, amma savadsız müəllimlərə də diplom verənləri tapmaq lazımdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
2
publika.az

3Источники