RU

Çin-Tayvan böhranı kəskinləşir: Ada mühasirəyə alındı

Tayvan Müdafiə Nazirliyinin rəsmi sosial media hesabında yer alan bir yazıda, adanın ətrafında 37 Çin hərbi təyyarəsinin müəyyən edildiyi və onlardan 33-nün tərəflərin ərazilərini məhdudlaşdırdığı güman edilən hava və dəniz xətlərini keçdiyi açıqlanıb.

Turkustan.az xəbər verir ki, Tayvan adası ətrafında 37 Çin hərbi təyyarəsi aşkar edilib və onlardan 33-ü tərəflərin Tayvan boğazında təsir zonalarını məhdudlaşdırdığı güman edilən hava və dəniz xəttini keçib.

Tayvan Müdafiə Nazirliyinin X sosial media platformasındakı hesabından verilən açıqlamada, son 24 saatda adanın ətrafında Çin ordusuna aid 37 təyyarə və 7 gəminin göründüyü bildirilib.

Açıqlamada qeyd olunub ki, 37 hərbi təyyarədən 33-ü Tayvan boğazında nominal “orta xətt”dən kənara çıxıb və Tayvanın “Hava Hücumundan Müdafiə İdentifikasiya Zonası (ADIZ)” elan etdiyi ərazidə uçub.

Nazirlik tərəfindən dərc edilən xəritədə təyyarənin Tayvanın şimal ucundakı Keelunq əyalətindən 40 dəniz mili (74,08 kilometr) və cənub ucunda Pingtung əyalətindən 43 dəniz mili (79,68 kilometr) məsafədə yaxınlaşdığı görülüb.

Çinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən de-fakto müstəqillik əldə edib. Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra ortaya çıxan ayrılma və suverenlik mübahisəsi davam edir.

Son illərdə Tayvana hərbi təzyiqləri artıran Pekin administrasiyası, adanın materiklə birləşdirilməsi üçün lazım gələrsə, güc tətbiqini istisna etməyəcəyini vurğulayır.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
turkustan.az

1Источники