RU

Daun sindromunun ilk sübutu neandertalların həyatına işıq salır

Yazını böyüt
Yazını kiçilt

Neandertal uşağının qalıqlarını araşdıran alimlər Daun sindromunun ən qədim nümunəsini tapıblar. Uşağın təxminən 6 yaşına qədər yaşaması, neandertalların faydalı bir cəmiyyət olduğunu göstərir.

Hafta.az-ın “IFL Science”a istinadən yazdığına görə, insanlarda ən çox rast gəlinən genetik xəstəliklərdən biri olan Daun sindromuna tarixdən əvvəlki dövrdə rast gəlinsə də, bu insanlarda körpəlik vaxtlarından sonra heç bir yaşda görülməyib. İndiyədək müasir insanlarda eramızdan əvvəl 3629-400-cü illər arasında beş hadisə aşkar edilib, lakin bu Daun sindromlu insanların heç biri 16 aydan çox yaşamayıb.

İspaniyanın Kova Neqra arxeoloji qazıntı sahəsində 1989-cu ildə aşkarlanan fosilləri araşdıran tədqiqatçılar, Daun sindromlu bir insanın 6 min il əvvəl yaşadığını müəyyən ediblər.

Uşağın daxili qulaq qalıqlarını araşdıran alimlər orada anadangəlmə pozğunluqların olduğunu anlayıblar. “Science Advances” jurnalında dünən dərc edilən araşdırmanı aparan qrup bu pozğunluqların yalnız Daun sindromu ilə izah oluna biləcəyi qənaətinə gəlib.

Daun sindromunun ən qədim sübutunu təmin edən fosillərin tarixi dəqiq müəyyən edilə bilməz. Lakin elm adamları neandertalların 273 min ilə 146 min il əvvəl Kova Neqrada yaşadığını təxmin edirlər.

6-7 yaşlarında öldüyü məlum olan uşağın cinsini müəyyən etmək mümkün olmayıb. Tədqiqatçılar Tina adını verdikləri Neandertal uşağının xəstəliyi səbəbindən karlıq, başgicəllənmə və tarazlığını saxlaya bilməməkdən əziyyət çəkdiyini düşünürlər.

Tədqiqatçılar hesab edirlər ki, Neandertalların daim hərəkətdə olması kimi faktorlar səbəbiylə ana təkbaşına uşağın nisbətən uzun müddət yaşamasını təmin edə bilməz.

Məqalənin aparıcı müəllifi Mercedes Conde-Valverde deyir: "Bu simptomları nəzərə alaraq, ananın öz ehtiyaclarını ödəyərkən bütün lazımi qayğıları təkbaşına təmin edə bilməsi mümkün deyil və ən azı 6 il yaşasa, qrup ya anaya uşağın baxımında dəstək olmalıdır, ya qadının gündəlik işlərini öz üzərinə götürməli, ya da hər ikisini yerinə yetirməklə anaya daim kömək etməlidir".

Müasir insanların ən yaxın qohumlarından olan neandertalların bir-birlərinə xeyirxahlıq göstərmələri və kömək etmələri nümunələri əvvəllər də tapılıb. Digər tərəfdən, bəzi elm adamları bu hərəkətlərin şəxsi maraqlar üçün həyata keçirildiyini və yalnız lütfünü geri qaytara bilənlərə yönəldildiyini iddia edirdilər.

Yeni araşdırmanın nəticələri göstərir ki, yaxşılığın əvəzini verə bilməyən uşağa kömək əli uzadılıb. Bu, qeyd-şərtsiz lütfün neandertallarda düşünüldüyündən daha çox olduğunu göstərir.

Konde-Valverde, "Bir insanın doğulduğu gündən bəri qarşılıq verə bilməsə də, anasından başqa insanlardan qayğı alması ilə bağlı heç bir məlum hadisə olmayıb. Kova Neqra fosilinin tapılması Neandertallar arasında əsl altruizmin varlığını dəstəkləyir" deyib.

Tinanın kəşfi Daun sindromunun ən erkən məlum hadisəsini təmsil edir və müasir insanlarda müşahidə edilən dəyişkənliyin tarixdən əvvəlki dövrlərdə də mövcud olduğunu göstərir. Bu tapıntı insanın təkamül hekayəsinin hamımızı əhatə etdiyini ortaya qoyur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
hafta.az

1Источники