RU

BMT-nin baş katibi COP29 sammitində iştirak edəcək

BMT-nin baş katibi Antonio Quterreş noyabr ayında Bakıda keçiriləcək BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransında iştirak edəcək.

APA-nın xəbərinə görə, bunu baş katib TASS agentliyinə müsahibəsində bildirib:

“Bəli, əlbəttə. Mən hər zaman COP-un sammitlərinin açılış və bağlanış mərazimlərində iştirak edirəm. Ümidvaram ki, məhz bu konfrans dəyişikliklərin baş verəcəyi bir tədbir olacaq. Biz uçuruma getdiyimizi qlobal səviyyədə məhz bu konfransda dərk edəcəyik” – deyə, baş katib bildirib.

Qeyd edək ki, COP29 sammiti bu ilin noyabrında təşkil olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
9
apa.az

10Источники