RU

Gürcüstan millisi pley-offa çıxdığına görə 10 milyon dollar mükafat aldı

Avro-2024-də 1/8 finala vəsiqə qazanmaqla növbəti dəfə tarix yazan Gürcüstan millisinin futbolçuları müfakatlandırılıb. Sport24.az TASS-a istinadən xəbər verir ki, yığma komandaya 30 milyon lari (10 milyon dollardan bir qədər artıq-red.) verilib. 
 
1/4 finala vəsiqə qazanacağı halda, komandanı eyni məbləğdə müfakat gözləyir. Bu barədə qonşu respublikanın baş naziri İrakli Kobaxidze açıqlama verib: 
"Qrupdan çıxmağa görə vəd olunmuş 30 milyon komandaya təqdim edilib. Milli üzvləri ilə görüşdə xatırladıldı ki, növbəti oyunun mükafatı da bu qədərdir".
 
Bundan başqa Gürcüstan hökuməti də milli komandaya 3 milyon lari (1 milyon dollardan bir qədər artıq) mükafat ayırıb 
 
Qeyd edək ki, Gürcüstan millisi 1/8 finalda iyunun 30-da İspaniya ilə qarşılaşacaq. 

Избранный
94
5
sport24.az

6Источники