RU

İki boksçumuz AÇ-nin yarımfinalında

Azərbaycanın daha iki boksçusu Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa birinciliyində yarımfinala yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, 48 kq-da Nihat Qasımov Mixael Reilli (İrlandiya) ilə qarşılaşıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib.

Səftər Məmmədzadə (80 kq) də adını yarımfinala yazdırıb. İdmançımız Boqdan Bajzerti (Polşa) mübarizədən kənarlaşdırıb. Rəqib 3-cü raundda zədələndiyi üçün həkimlər görüşün davam etməsinə icazə verməyib və üstün olan Məmmədzadə qalib gəlib.

Hər 2 boksçumuz yarımfinala yüksəlməklə özləri üçün minimum bürünc medalı təmin ediblər.

Qeyd edək ki, daha öncə Aylin Nəzərova (48 kq) və Əminə Tağı (52 kq) da bu hüquqa yiyələnib. Yarımfinal döyüşləri bu gün keçiriləcək.

Избранный
70
20
qafqazinfo.az

10Источники