RU

Xamenei xalqı seçkiyə çağırıdı

Ayətullah Əli Xamenei qərarsız seçiciləri səs verməyə çağırıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İran lideri Xamenei Tehranda qurulan seçki məntəqəsində səs verib.

Səs verdikdən sonra mətbuata açıqlama verən Xamenei çıxışına mayın 19-da helikopter qəzasında həyatını itirən prezident İbrahim Rəisi və digər rəsmilərin xatirəsini yad etməklə başlayıb.

Seçki günlərinin iranlılar üçün \"xoşbəxtlik və sevinc günləri\" olduğunu bildirən Xamenei qərarsız seçiciləri seçkilərdə səs verməyə çağıraraq bunları deyib: \"İslam Respublikasının davamlılığı, sabitliyi, ləyaqəti və nüfuzu xalqın varlığından asılıdır. Ona görə də, dəyərli xalqımızı səsverməyə ciddi yanaşmağa və bu mühüm siyasi sınağa hazırlaşmağa çağırırıq\". 

Gülay
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
azxeber.com

1Источники