Prezidentliyə namizədlər arasında keçirilən teledebatda Co Bayden eks prezident Donald Trampın NATO-nu məhv etmək niyyətində olduğunu söyləyib.
O deyib ki, Donald Tramp prezident seçiləcəyi təqdirdə ABŞ-ı NATO-dan çıxaracaq və bununla da qurumu dağıdaraq Avropanı və dünyanı yeni müharibələr təhlükəsi qarşısında qoyacaq.
Co Bayden: "Bu adam bizim NATO-dan çıxmağımızı istəyir, amma bizim gücümüz ittifaqlarımızdadır. Okean böyük ola bilər, amma biz heç vaxt Avropada böyük müharibədən qaça bilməmişik",- deyib.
Oxuməni.az