RU

İşdən çıxarılan müəllimlərin yeri necə DOLDURULACAQ? - VİDEO

İşdən çıxarılan müəllimlərin yeri necə DOLDURULACAQ? - VİDEO

Xəbər verdiyimiz kimi, 4 mindən çox müəllim sertifikatlaşdırma imtahanından keçə bilməyib. Onların hər birinin əmək müqaviləsinə xitam veriləcəyi deyilir. Bu gün isə deyildi ki, imtahanda uğurlu nəticə əldə edə bilməyənlərin əksəriyyəti bölgələrdəndir. Siyahıda Bakının adı çəkilmir. Bəs bu nə ilə əlaqəlidir? Həmin təhsil verənlərin sonrakı aqibəti necə olacaq?

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı "ARB Xəbər"in əməkdaşları araşdırma aparıb. Cəmiyyətin kökündə dayanan bu məsələ valideynləri narahat edir:

"Uğur qazana bilməyən müəllimlərin əksəriyyəti vaxtilə rayonlarda açılmış pedaqoji kolleclərin məzunlarıdır. Bununla əlaqədar mövcud statistika paylaşılıb? Həmin ali təhsil və orta ixtisas təhsil müəssisələri bu sahədə kadr hazırlığı görə bilmirlər. Gələcəkdə abituriyentlərin həmin ali təhsil müəssisələrini seçməsi prosesə ciddi təsir göstərəcək. Hesab edirəm ki, statistikanın paylaşılması kollec və universitetləri hərəkətə gətirəcək. Onlar bundan sonra daha yaxşı kadr hazırlığına başlayacaqlar ".

Ətraflı "ARB Xəbər"in süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
sonxeber.az

1Источники