RU

İsrail mediası ABŞ-ın planından yazdı – Atəş xəttində yeni situasiya: “Gözləmə rejimindəyik”

İsrailin Qəzza müharibəsi 9-cu ayına girdi. Livan, İran və Suriya arasında qarşıdurmaların yaşandığı bölgədə tarazlıqlar getikcə dəyişir. Bu arada isə İsrail mediası ABŞ-ın Qəzza planlarını işıqlandırıb.

İsrail

KONKRET.az xəbər verir ki, bu yaxınlarda ABŞ ilə silah mübahisəsi yaşayan İsrailin baş naziri Binyamin Netanyahu iyunun 18-də bu ölkəni silah göndərməkdən imtina etməkdə günahlandırdı. O, ertəsi gün hökumətin iclasında iddia etdi ki, ABŞ-ın silah yardımında ciddi və eləcə də təəccüblü azalma müşahidə olunur. Netanyahu həmçinin ABŞ rəsmiləri ilə görüşlərində daşınmanın sürətləndirilməsini dəfələrlə tələb etdiyini, lakin əsas vəziyyətin dəyişmədiyini iddia edib.

İsrail

İsrail mediasına danışan ABŞ rəsmisi bildirib ki, Tel-Əvivə ağır bomba göndərilməsi yubanır. “The Times of Israel” qəzeti adı açıqlanmayan bir ABŞ rəsmisinə istinadən belə bir xəbər yayıb ki, “ABŞ-ın İsrailə göndərmək istədiyi ağır bombaların olduğu yük hələlik gözləmədə qalacaq”.

Vaşinqtonda danışıqlar aparan İsrailin müdafiə naziri Yoav Gallant video açıqlamasında ABŞ-dan ölkəsinə silah göndərilməsi məsələsi də daxil olmaqla, ABŞ rəsmiləri ilə görüşlərində önəmli irəliləyiş əldə etdiklərini iddia edib. Gallant ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sallivanla görüşündə müharibənin nəticələri və məhbusların geri qaytarılması məsələlərini müzakirə etdiyini bildirib.

İsrail

Gallant Livanla münaqişələrlə bağlı yeni açıqlama da verib. Gallant deyib ki, İsrail ordusu Hizbullahla istənilən müharibədə Livanı daş dövrünə qaytarmaq gücünə malikdir, lakin hökumət İsrail-Livan sərhədində diplomatik həllə üstünlük verir. Gallant Vaşinqton səfərindən sonra jurnalistlərə verdiyi açıqlamada deyib ki, “Biz müharibə istəmirik, lakin hər ssenariyə hazırlaşırıq”.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
konkret.az

1Источники