RU

ADA Universitetinin rektoru Hafiz Paşayev Hüquq fakültəsinin tələbələri ilə görüşüb (FOTO)

Bakı. Trend:

ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev bu tədrisilində müxtəlif beynəlxalq və yerli məhkəmə simulyasiyamüsabiqələrində iştirak etmiş Hüquq tələbələri və onlarınməşqçiləri ilə görüşüb. Görüşdə, həmçinin ADA UniversitetininDövlət, xarici və tələbə işləri üzrə Prorektoru Fariz İsmayılzadəvə Hüquq fakültəsinin dekanı Rəşad İbadov iştirak edib.

Görüş dekan Rəşad İbadovun komandaların üzvlərini vəməşqçilərini Rektora təqdim etməsi və hər bir müsabiqəninmahiyyəti, hazırlıq prosesi və tələbələrin qazandıqlarınailiyyətlər barədə məlumat verməsi ilə başlayıb. Qeyd edilib ki,ADA komandaları hüquqi yazı və şifahi təqdimatlarına görə bu ilkiyarışlarda bir sıra ciddi mükafatlara layiq görülmüş, milli vəbeynəlxalq səviyyədə ilk pillələrdə qərarlaşıblar. Dekan, həmçininbu cür məhkəmə müsabiqələrinin hüquq təhsilinin önəmli tərkibhissəsi olduğunu vurğulayıb və Hüquq fakültəsinin bu istiqamətdəgördüyü işlər barəsində məlumat verib.

Daha sonra Rektor Hafiz Paşayev ADA Universitetini təmsil edənkomandaların üzvləri və məşqçilərini qazandıqları nailiyyətlərəgörə səmimi qəlbdən təbrik edib və hazırlıq prosesindəqarşılaşdıqları çətinliklər barədə maraqlanıb. Rektor Paşayev ADAUniversitetində tələbə yönümlü hüquq təhsilinin prioritetistiqamətlərdən biri olduğunu vurğulayaraq Azərbaycanda yeni nəsilhüquqşünaslara tələbatın getdikcə daha da artdığını qeyd edib. Buprosesə dəstək verilməsi baxımından ADA Hüquq fakültəsinin üzərinədüşən məsuliyyəti uğurla davam etdirməli olduğunu vurğulayan Rektorbu cür müsabiqələrin tələbələrin beynəlxalq rəqabətə davamlıpeşəkar hüquqşünaslar kimi inkişafında xüsusi rolu olduğunubildirib.

Daha sonra prorektor Fariz İsmayılzadə tələbələri təbrik edib vəUniversitetin hər zaman onların uğur qazanması üçün dəstəkverəcəyini qeyd edib. Görüş tələbə və məşqçilərin müsabiqələrdənyaddaqalan xoş təəssüratları bölüşməsi ilə davam edib. Onlarsözügedən müsabiqələrdə iştirakın çox mühim və faydalı təcrübəolduğunu, onlara lazımi biliklər və bacarıqlar qazandırdığınıvurğulayıb və hər zaman göstərdiyi hərtərəfli dəstəyə görə rektorHafiz Paşayevə və Universitet heyətinə dərin təşəkkürlərinibildiriblər.

Görüşün sonunda xatirə şəkli çəkilib.

Qeyd edək ki, ADA Universitetinin Hüquq fakültəsinin tələbələrihüququn müxtəlif sahələri üzrə təşkil edilən yeddi fərqli məhkəməmüsabiqəsində – Philip C. Jessup adına “Beynəlxalq Hüquq üzrəMəhkəmə Mübahisəsi Müsabiqəsi”, Willem C. Vis adına “BeynəlxalqKommersiya Arbitrajı üzrə Müsabiqə”, “Dubay Beynəlxalq MaliyyəMərkəzinin Kosmik Hüquq üzrə Məhkəmə Müsabiqəsi”, “Şıxlinskiləradına Beynəlxalq Humanitar Hüquq üzrə Milli Müsabiqə”, “TopçubaşovArbitraj Məhkəməsi Müsabiqəsi”, “Beynəlxalq Humanitar Hüquq üzrəJean-Pictet Müsabiqəsi” və “Helga Pedersen adına MəhkəməMüsabiqəsi” – ADA Hüquq fakültəsini uğurla təmsil ediblər.

ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
Избранный
179
4
az.trend.az

5Источники