RU

Bayden-Tramp debatı:Üçüncü dünya müharibəsinin

Əvvəlcə səhnəyə hazırkı prezident çıxıb, daha sonrai isə onun rəqibi tribunaya yaxınlaşıb. Maraqlıdır ki, 2024-cü il noyabrın 5-də keçiriləcək prezident seçkilərində Demokratlar və Respublikaçılar partiyalarını təmsilçiləri, prezidentlik uğrunda gərgin mübarizə aparan məşhur siyasətçilər bir-birinin əlini sıxmayıblar.

İlk sualı Tramp verib və bu, ABŞ-da yaranmış yüksək inflyasiya ilə bağlı olub. Bayden Trampdan dəhşətli vəziyyətdə olan bir iqtisadiyyatı miras aldığını deyib. Eks-prezident isə buna əks ittihamlarla cavab verib. O həmçinin 2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını rüsvayçılıq adlandırıb.

Baydeni Obama əvəz edə bilər
ABŞ prezidenti və onun seçkilərdəki rəqibi bir-birini bəşəriyyəti üçüncü dünya müharibəsinə təhrik etməkdə ittiham edib.
Teledebat zamanı Tramp iddia edib ki, onun rəqibi hamını yeni dünya müharibəsinə sürükləyəcək. Ağ Evin keçmiş rəhbəri "Biz buna təsəvvür edə biləcəyimizdən daha yaxınıq" söyləyib. Tramp həmçinin Baydeni qınayıb ki, ABŞ liderinə Rusiya, Çin və Şimali Koreya rəhbərləri nə hörmət edir, nə də qorxurlar.

Bayden üçüncü dünya müharibəsi ilə bağlı ittihama toxunaraq deyib ki, əgər rəqibi seçkidə qalib gəlsə o, ABŞ-ni NATO-dan çıxaracaq və Rusiyaya “istədiyini etməyə” icazə verəcək. Bayden debat izləyicilərini qorxudaraq deyib: "Belə olan halda isə Rusiya Kiyevi ələ keçirəcək və Kreml Macarıstan, Polşa və sərhədindəki digər ölkələri ciddi təhdid edəcək. Bax o zaman hamınız müharibə içində olacaqsınız".

Tural Tağıyev
AzVision.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
azvision.az

1Источники