RU

İngiltərə yığmasını tərk edən ulduz futbolçu düşərgəyə qayıtdı

"Mançester Siti"nin və İngiltərə millisinin yarımmüdafiəçi Fil Foden Avropa çempionatında çıxışını davam etdirən yığmaya qayıdıb. 

Fanat.Az xəbər verir ki, bu barədə "Mail Online" məlumat yayıb. 

Xəbərə görə, 24 yaşlı cinah oyunçu üçüncü övladının dünyaya gəlməsi səbəbindən millinin düşərgəsini tərk edib. O, artıq 1/8 final ərəfəsində Almaniyaya qayıdaraq komandasına qoşulub. 

Foden Avropa çempionatında qol vura bilmədiyi üç matçda iştirak edib. İngiltərə yığması üç görüşdən beş xal toplayaraq öz qrupunda birinci yeri tutub. Qaret Sautgeytin komandası 1/8 finalda Slovakiya ilə mübarizə aparacaq.

Mirağa

Избранный
48
fanat.az

1Источники