RU

Şuşa “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçirilir (FOTO)

Şuşa. Trend:

Şuşada İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Sahibkarlarüçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirkeçirilir.

Trend xəbərverir ki, tədbirin məqsədi sahibkarlıq subyektlərinə Qarabağ vəŞərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarının vəbiznes perspektivlərinin təqdim edilməsi, dövlət-özəl əməkdaşlığımodeli üzrə müzakirələrin təşkilidir.

Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov,Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavəndrayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov, AzərbaycanRespublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilanrayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev, AzərbaycanRespublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi AydınKərimov, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonundaxüsusi nümayəndəsi Məsim Məmmədov, Azərbaycan RespublikasıPrezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarındaxüsusi nümayəndəsi Elçin Yusubov, Kiçik və Orta Biznesin İnkişafıAgentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov,İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarəHeyətinin sədri Osman Xaliyev, İqtisadi Zonaların İnkişafıAgentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov vədigərləri iştirak edir.

Tədbirdə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan güzəştvə azadolmalar, digər dövlət dəstəyi tədbirləri, bu ərazilərinbərpa və iqtisadi reinteqrasiyasında sahibkarların rolumövzularında panel müzakirələr təşkil olunub.

Bundan başqa, sahibkarlara bu ərazilərdə həyata keçirilməsitəklif edilən investisiya layihələri, məhsulların ixrac potensialı,logistika imkanları təqdim ediləcək, iştirakçıları maraqlandıransuallar cavablandırılacaq. Həmçinin, G2B (dövlət-biznes) formatındagörüşlər keçiriləcək.

Qeyd edək ki, Qarabağa səfər çərçivəsində sahibkarlar iqtisadifəaliyyəti canlandırmaq və dayanıqlı məskunlaşmanı təmin etməkməqsədilə artıq Ağdam Sənaye Parkında yaradılan şərait, rezidentmüəssisələr, eləcə də Şuşa və Xankəndi şəhərlərində həyatakeçirilən yenidənqurma və infrastruktur işlərinin gedişatı iləyaxından tanış olublar.

Xəbər yenilənəcək

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Şuşa
Şuşa
Şuşa
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
4
az.trend.az

5Источники