Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi ölkənin cənubunda baş vermiş zəlzələnəticəsində hər hansı dağıntı və ya tələfat barədə məlumat daxilolmadığını açıqlayıb.
Bu barədə Trend-ə qurumdan bildirilib.
"Azərbaycan Milli Elmlər Akademiyası nəzdində RespublikaSeysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin BöhranVəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumataəsasən, 28.06.2024-cü il tarixində yerli vaxtla saat 07:43-də Lerikseysmik stansiyasından 27 km şərqdə, Lerik rayonunda 18 kmdərinlikdə 5 maqnituda zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 5 bala yaxın, Lerik, Lənkəran, Astara,Yardımlı, Masallı və Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda3 bal gücünə qədər hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarətibarədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxilolmayıb", – məlumatda diqqətə çatdırılıb.