RU

FHN: Xəzərdə baş vermiş zəlzələdə dağıntı yoxdur

Bazar ertəsi günü Xəzər dənizində baş vermiş zəlzələdə hər hansı dağıntı qeydə alınmayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qurum bildirir ki, "bazar ertəsi qeydə alınmış zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat barədə FHN-ə məlumat daxil olmayıb".

Bazar ertəsi gecə yerli vaxtla saat 00:01-də Xəzər dənizində zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, 5,5 bal gücündə olan zəlzələ Bakıda və Azərbaycanın bir sıra rayonlarında hiss olunub.

Ötən gecə zəlzələdən sonra Bakının bəzi yerlərində əhali evlərini tərk edib açıq yerlərə üz tutub.

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) bazar ertəsi yaydığı məlumata görə, quruma "dağıntı, təlafatla bağlı hər hansı məlumatın daxil olmadığını" yazıb.

"Bəzi sosial şəbəkə səhifələrində yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir", qurumun məlumatında deyilir.

Məlumata əsasən, zəlzələ ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
bbc.com

1Источники