RU

Politico: Kiyev ümid edir ki, Bayden və Tramp debatda Ukraynadan çox bəhs etməyəcəklər

Ukrayna rəsmiləri ABŞ prezidenti Co Bayden və onun əsas siyasi rəqibi Donald Trampın seçki debatları zamanı Vaşinqtonun Kiyevə yardımı mövzusuna o qədər də toxunmayacağını gözləyirlər.

“İki sahil” xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Nəşr Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinə yaxın olduğu iddia edilən mənbəsi qeyd edib ki, “Ukraynanın seçkilər zamanı siyasi oyunların obyektinə çevrilməsinin heç bir xeyri yoxdur”. Kiyevin televiziya debatlarında Ukrayna mövzusunun qaldırılmasını nə qədər istəyər sualına bu mənbə belə cavab verib: “Ümid edirəm ki, çox deyil”.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən hazırkı president Co Bayden də Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. Mübarizənin dörd il əvvəl olduğu kimi, eyni namizədlər arasında gedəcəyi proqnozlaşdırılır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
ikisahil.az

1Источники