RU

Slovakiyada qatar avtobusla toqquşub

Slovakiyada

Praqa-Budapeşt marşrutu ilə hərəkət edən “EuroCity” sərnişin qatarı avtobusa çırpılıb.

Reyting.az
xəbər verir ki, hadisə barədə “REN TV” məlumat yayıb.

Telekanalın məlumatına görə, qəza dəmir yolu keçidində baş verib. Zərbənin təsirindən avtobus iki hissəyə bölünüb, kanala aşıb və yanğın başlayıb. Lokomotiv də alovlara bürünüb. Beş nəfərin öldüyü bildirilir.

Sərnişinlər tez bir zamanda hadisə yerini tərk ediblər.

Jurnalistlər qatarda 100 nəfərin olduğunu yazıblar.

Qəzanın başvermə səbəbləri barədə hələlik məlumat verilmir.

V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
reyting.az

1Источники