RU

Avropa İttifaqında yeni təyinatlar olub

Avropa

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Ursula fon der Leyeni yenidən Avropa Komissiyasının xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi vəzifəsinə təsdiqləyiblər.

Reyting.az
xəbər verir ki, bu barədə TASS adının açıqlanmasını istəmədiyi mənbələrə istinadla məlumat yayıb.

Qeyd edək ki, Ursula fon der Leyen bundan əvvəl də bu vəzifədə çalışırdı və bundan sonra da beş il müddətinə həmin vəzifəni icra edəcək.

Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta Avropa İttifaqı Şurasının prezidenti seçilib. O, bu vəzifədə Avropa Şurasının prezidenti vəzifəsini icra edən belçikalı siyasətçi Şarl Mişeli əvəz edib.

Məlumata görə, Avropa İttifaqının dövlət və hökumət başçıları Antonio Kostanın sədrliyini ittifaqın Brüsseldə keçirilən sammitində təsdiqləyiblər.

Kosta bu vəzifəyə beş il müddətinə seçilib və dekabrda vəzifəsinin icrasına başlayacaq.

Digər bir təyinat Avropa İttifaqı diplomatiyasının rəhbəri vəzifəsinə olub. Bu vəzifəyə Estoniyanın baş naziri Kaya Kallas təyin edilib.

Avropa Parlamenti iyulda keçiriləcək plenar iclasda Avropa Şurasının təyin etdiyi namizədləri səsverməyə çıxaracaq və bundan sonra şuranın qərarları qüvvəyə minəcək. Kallas oktyabr ayında vəzifəsinin icrasına başlaya biləcək.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
reyting.az

1Источники