RU

Quterreş: BMT-nin Təhlükəsizlik Şurasının islahatı Afrikaya daimi üzvlüyün təqdim edilməsindən başlamalıdır

Quterreş:

Bakı, 28 iyun, AZƏRTAC

BMT Təhlükəsizlik Şurasının (TŞ) islahatı Afrikaya daimi yerin ayrılmasından başlamalıdır.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bildirib.

“Təhlükəsizlik Şurasında Afrikadan bir dənə də olsun daimi üzv yoxdur. Şübhəsiz ki, bunu dəyişmək çox çətin olacaq, lakin biz konsensusa gələ biləcəyimiz nədənsə başlamalıyıq. Bu gün Təhlükəsizlik Şurasının beş daimi üzvündən eşitdiklərimə əsasən hesab edirəm ki, konsensusa nail olmaq mümkündür. İlk addım Afrika üçün Təhlükəsizlik Şurasında ən azı bir daimi yerin verilməsi olmalıdır”, - deyə Baş katib qeyd edib.

O, uzun müddət BMT Təhlükəsizlik Şurasında islahatların aparılması məsələsinin qadağan olunduğunu vurğulayıb. “Deyərdim ki, mənim fəaliyyətim ərzində ilk dəfə olaraq bunun ciddi məsələ olduğu və müzakirəyə ehtiyacı olduğu etiraf edildi”, - deyə Quterreş davam edib. - Bu çətin, lakin ciddi məsələdir. Təhlükəsizlik Şurası İkinci Dünya müharibəsindən sonra yaradılıb. Məsələn, Avropa nisbətən kiçik qitədir, lakin Təhlükəsizlik Şurasının 15 üzvündən 6-sı hazırda Avropa dövlətləridir. Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü Avropaya aiddir - əksəriyyəti Asiyada yerləşən, lakin mahiyyətcə Avropa ölkəsi olan Rusiya Federasiyası, Fransa və Böyük Britaniya".

“Aydındır ki, Təhlükəsizlik Şurasında daha çox inkişaf etməkdə olan ölkələr olmalıdır, bu, Təhlükəsizlik Şurasının genişləndirilməsi deməkdir”, - deyə Baş katib yekunlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
azertag.az

1Источники