RU

“Hizbullah” İsrailin şimalındakı bazanı vurduğunu açıqlayıb

Livandakı “Hizbullah” hərəkatı İsrailin şimalındakı hərbi bazanı hədəf aldığını açıqlayıb.

APA xəbər verir ki, “Hizbullah”ın yaydığı məlumatda İsrailin Şimal Komandanlığına bağlı olan hərbi hava qüvvələrinə aid olan bir bazanın vurulduğu bildirilir.

Açıqlamada bazanın İsrailin Livanın cənubundakı Nəbatiyə və Səhmar qəsəbələrinə təşkil etdiyi hücumuna cavab olduğu bildirilir.

İsrail ordusundan verilən açıqlamada isə Livandan İsrailin şimalındakı Qaliley bölgəsinə 40 raket atıldığı açıqlanıb. Açıqlamada, İsrailin şimalını hədəf alan raketlərin bir hissəsinin Dəmir Qübbə hava hücumundan müdafiə sistemi tərəfindən məhv edildiyi bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
apa.az

1Источники