RU

Avropa İttifaqının 4 ölkəsi Rusiya və Belarus sərhədində müdafiə səddi çəkmək istəyir

Polşa, Litva, Latviya və Estoniya Avropa İttifaqından Rusiya və Belarus sərhəddində 700 kilometrlik müdafiə səddi çəkməyi xahiş ediblər.

APA xəbər verir ki, Polşanın PAP xəbər agentliyinin məlumatına görə, Aİ üzvü olan ölkələrin liderləri, Aİ Komissiyasının sədri Ursula Von der Leyen və Avropa İttifaqının prezidenti Şarl Mişelə sərhədlərinin hərbi və mülki müdafiəsinə yönəlmiş müdafiə səddi ilə bağlı məktub göndərib.

Litvanın Prezidenti Gitanas Nauseda, Polşanın Baş naziri Donald Tusk, Estoniyanın Baş naziri Kaya Kallas və Latviyanın Baş naziri Evika Silina tərəfindən imzalanan məktubda müvafiq ölkələrin Rusiya və Belarusla sərhəd boyunca 700 kilometrlik müdafiə səddinin çəkilməsi tələbi irəli sürülüb.

Layihənin təxminən 2,67 milyard dollara başa gələcəyi ehtimal olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
30
1
apa.az

2Источники