RU

Səid Paşayev: “Əziyyətim yerdə qalmadı"

“Çempion olduğum üçün çox sevincliyəm”.

Bunu İdman.bizə Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin üzvü Səid Paşayev (92 kq) deyib.

O, Serbiyada təşkil olunan U-17 Avropa çempionatında çıxışını şərh edib. Novi Sadda təşkil olunan yarışı qızıl medalla başa vuran Paşayev bu nəticənin onun üçün önəmli olduğunu bildirib: “Əziyyətim yerdə qalmadı. Bunun üçün sevincimin həddi-hüdudu yoxdur. Yarışa yollanmazdan da öncə qələbə qazanacağıma inanırdım. Bilirdim ki, hər şey yaxşı olacaq. Komandamıza güvənirəm. Dünya çempionatında bundan daha yaxşı nəticə qazanmaq arzusundayıq. Sərbəst güləşçi olsam da, Avropa çempionatında yunan-Roma üzrə güləşdim. Bundan sonra hansı növdə daha uğurlu çıxış etsəm orada davam edəcəm”.

Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatında 3 qızıl, 2 gümüş, 4 bürünc olmaqla 9 medal qazanıb. Bununlada millimiz 183 xalla komanda hesabında Avropa çempionu olub.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
idman.biz

1Источники