Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın Ukraynada sülh təşəbbüsünün təcili olduğunu bildirib.
Medvedev izah edib ki, Rusiya prezidenti Vladimir Putinin təklifi Ukraynanın neytrallığını bəyan etməsi və NATO-ya üzv olmaqdan imtina etməsi ilə bağlıdır: “Bu şərtlər daxilində danışıqlar davam etdirilə bilər. Amma əgər bunlar baş tutmasa və bu da açıq şəkildə ifadə olunsa, gec-tez yaranacaq sonrakı danışıqlar daha pis şərtlərlə baş tutacaq: “Xüsusi hərbi əməliyyat zamanı baş verəcəkləri nəzərə alan şərtlərlə”.
Xatırladaq ki, iyunun 14-də Vladimir Putin Ukraynada hərbi əməliyyatların dayandırılması üçün şərtləri sadalayıb. Bunlara Ukrayna qoşunlarının Luqansk və Donetskdən, həmçinin Xerson və Zaporojye vilayətlərindən çıxarılması, həmçinin Kiyevin NATO-ya üzv olmaqdan rəsmi imtinası daxildir.
Ukrayn prezidenti Volodimir Zelenski Putinin təkliflərini “ultimatum” adlandırıb və Ukraynanın onlara etibar edə bilməyəcəyini deyib. İyunun 20-də Rusiya prezidenti deyib ki, “sülh təklifləri ilə bağlı nihilizm əbədi olmayacaq”.
//Samir Qurbanov, Editor.az