RU

İnsan alverində ittiham olunan türk general həbs edildi

İnsan alverində ittiham edilən general Bilal Çokay həbs edilib.

Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, təqaüdə çıxan briqada generalı Bilal Çokay ötən gün Ankarada saxlanılıb.

Çokay istintaqın aparıldığı Şanlıurfanın Akçakale mahalına gətirilib. Prokurorluğa verdiyi ifadədən sonra Çokay məhkəmə tərəfindən həbs edilib.

İttihama əsasən, general insanları gizli yollarla pul qarşılığında Suriyaya və Türkiyəyə keçirirmiş.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
teleqraf.com

1Источники