RU

"Kəpəz"in hazırlıq planı məlum oldu

"Kəpəz"in yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "sarı-göylər" iyunun 29-dan məşqlərin əsas hissəsi üçün bir araya gələcəklər.

Çalışmalar Gəncədə olacaq. Hazırlıq prosesi bir neçə mərhələyə bölünüb. Bura fiziki və texniki-taktiki məşqlər daxildir.

Yeni mövsümə hazırlıq dövründə "Kəpəz" yoxlama oyunları da keçirəcək. Rəqiblərlə bağlı əlavə məlumat veriləcəyi bildirilib.

Bizim.Media

Избранный
93
10
bizim.media

10Источники