RU

İsmayıllının bu kəndində iki ailə təxliyə olundu

İsmayıllı Rayon Fövqəladə Hallar Komissiyası Qoydan kəndində olub.

Publika.az xəbər verir ki, problemin operativ həlli üçün aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilib.

Sürüşmə zonasında iki fərdi yaşayış evinə təhlükə yarandığı üçün iki ailənin köçürülməsi artıq təmin edilib. Onlar eyni kəndə yaşayan qohumlarının evində müvəqqəti yerləşdirilib.

Kənddaxili yollarda hərəkətin bərpası, eləcə də kəndlə rayon mərkəzini birləşdirən avtomobil yollarında nəqliyyatın maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib.

xxx

18:55

Son günlər yağan güclü leysan yağışlardan sonra İsmayıllının Qoydan kəndi ərazisində torpaq sürüşməsi qeydə alınıb.

Избранный
50
1
publika.az

2Источники