RU

Afrika ölkələrinə də daimi üzvlük verilsin – Quterreş

BMT Təhlükəsizlik Şurasının (TŞ) islahatı Afrika ölkələrindən birinə daimi yer ayrılması ilə başlamalıdır.

NOCOMMENT.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş deyib.

“Təhlükəsizlik Şurasında Afrikadan bir nəfər də olsun daimi üzv yoxdur. Dəyişiklik etmək çox çətin olacaq, amma əlbəttə ki, biz bu məsələdə konsensusa gəlməyə imkan verəcək bir şeylə başlamalıyıq”, – deyə o vurğulayıb.

Quterreşin sözlərinə görə, Afrika dövlətlərindən nümayəndənin daxil olması ilə bağlı razılaşma Təhlükəsizlik Şurasının beş daimi üzvünün rəyi əsasında əldə edilə bilər.

“İlk addım Afrika üçün Təhlükəsizlik Şurasında ən azı bir daimi yer təmin etmək olmalıdır”, – deyə Antonio Quterreş bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
nocomment.az

1Источники