Sumqayıt şəhəri, "Stansiya Sumqayıt" adlanan ərazidə doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı xəsarət alanların kimliyi məlum olub.
"Report" xəbər verir ki, yanğın nəticəsində altı nəfər tüstüdən zəhərlənib:
2001-ci il təvəllüdlü Tural Məmmədov,
1994-cü il təvəllüdlü Elvin Nağıyev,
1999-cu il təvəllüdlü Məhəmməd Yaşar,
Tərlan Kərimov,
Mütəllim İbrahimov,
Fərid Nədibov.
***22:47
Sumqayıt şəhərində yaşayış binalarından birində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, bütün zəruri tədbirlər görülür, ərazi və sakinlərin əmlakı mühafizəyə götürülüb.
Qeyd edək ki, Sumqayıt şəhəri, stansiya Sumqayıt adlanan ərazidə doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın zamanı 25 bina sakini təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə olunub.
BAKU.WS