RU

İsmayıllının Qoydan kəndində iki ailə təxliyə olunub YENİLƏNİB

İsmayıllı, 27 iyun, Rəşad Türkoğlu, AZƏRTAC

İsmayıllı Rayon Fövqəladə Hallar Komissiyası Qoydan kəndində olub.

AZƏRTAC xəbər verir ki, problemin operativ həlli üçün aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilib.

Sürüşmə zonasında iki fərdi yaşayış evinə təhlükə yarandığı üçün iki ailənin köçürülməsi artıq təmin edilib. Onlar eyni kəndə yaşayan qohumlarının evində müvəqqəti yerləşdirilib.

Kənddaxili yollarda hərəkətin bərpası, eləcə də kəndlə rayon mərkəzini birləşdirən avtomobil yollarında nəqliyyatın maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib.

11:36

Son günlər yağan güclü leysan yağışlardan sonra İsmayıllının Qoydan kəndi ərazisində torpaq sürüşməsi qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, dağlardan gələn lil qatı kəndin yollarını bağlayıb, avtomobillərin hərəkəti məhdudlaşıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Kəndə gedən yol çay ərazisindən keçir və hazırda çayda suyun çox olması səbəbindən əraziyə texnika və işçi qüvvəsi cəlb etmək mümkün deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
1
azertag.az

2Источники