“WhatsApp” istifadəçiləri xidmətlə bağlı problemlərlə üzləşiblər. KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, statistikaya görə, şikayətlərin əsas hissəsi mesencerlə bağlı olub: – İstifadəçilərin 40%-i mobil proqramın işləmədiyini bildirib; – 26% bildirişlərin çatdırılmasında problemlə üzləşib; – 26%-i isə xidmətin ümumi nasazlığından şikayətlənib. Hazırda “WhatsApp” tərtibatçıları nasazlığın səbəbləri ilə bağlı heç bir rəsmi açıqlama verməyiblər.