RU

Arvadını bıçaqlayan kişi intihar etdi

Samsunda 38 yaşlı Emrah Akbulut mübahisə zamanı mətbəxdən götürdüyü bıçaqla həyat yoldaşını əvvəlcə sol qasıq nahiyəsindən, sonra isə özünü sinəsindən bıçaqlayıb.

32gun.az Türkiyə mətbuatına istinadən bildirir ki, Xəstəxanaya aparılan Emrah Akbulutu bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Cütlüyün uşaqları olmadığı üçün davamlı olaraq mübahisə etdiyi bildirilib

Hadisə ilə bağlı məlumatda bildirilir ki, İlkadım rayonu Cedit Məhəlləsində baş verib. 2019-cu ilin sentyabrında evləndiyi Emrah Akbulut ilə həyat yoldaşı Lütfiyə Özge Akbulut arasında mübahisə düşüb. Mübahisə böyüyərkən Emrah Akbulut mətbəxdən götürdüyü bıçaqla əvvəlcə həyat yoldaşının sol qasıq nahiyəsindən, sonra isə özünün sinəsindən bıçaqlayıb. 

Yaralanan Emrah Akbulut qardaşı və əmisi oğluna zəng edərək vəziyyəti xəbər verib. Bunun üzərinə əmioğlu polisə xəbər verib. Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib. İlkin tibbi yardımdan sonra yaralılar Samsun Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Yaralılardan Emrah Akbulutu həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb. Akbulutun cansız bədəni yarılma üçün Samsun Ədli Tibb Qrup Müdirliyinə aparılıb.

Cütlüyün uşaqları olmadığı üçün davamlı olaraq mübahisə etdiyi və araşdırmaların davam etdiyi bildirilir.

Nilay 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
32gun.az

1Источники