RU

Nacho Fernandez Real Madriddən ayrıldı

Bir müddət əvvəl "Real Madrid"dən ayrıldığını açıqlayan ispan müdafiəçi Naço Fernandez Səudiyyə Ərəbistanı liqasının komandalarından olan "Əl Qadsiah"la 2 illik müqavilə imzalayıb.

News24.az xəbər verir ki, ötən mövsüm "Əl Qadsiah" Səudiyyə Ərəbistanı İkinci Liqasında 73 xalla çempionluq sevincini yaşayıb və birinci liqaya yüksəlib.

24 il "Real Madrid"də çıxış edən 34 yaşlı təcrübəli müdafiəçi Madrid təmsilçisi ilə bütün yarışlarda 364 matça çıxıb və ümumilikdə 6-sı UEFA Çempionlar Liqası olmaqla 26 kubok qazanıb.

Qeyd edək ki, Naço Fernandez hazırda İspaniyanın Avropa Çempionatı (AVRO 2024) heyətindədir və Xorvatiyanı 3:0 hesabı ilə məğlub etdikləri matçda 90 dəqiqə meydanda olub.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
news24.az

1Источники