Sankt-Peterburqda yaşayış binalarından birindəki mənzildə hüquq mühafizə orqanı əməkdaşları yarım kiloqram narkotik vasitə aşkar ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Sankt-Peterburqdan Moskovskiy Komsomolets yazıb.
Belə ki, 53 yaşlı kişi evində qeyri-qanuni maddələr saxlayıb. Hazırda Peterburq sakini saxlanılıb.
Axtarış zamanı Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları ümumi çəkisi təxminən 475 qram olan beş çanta tapıblar. Faktla bağlı cinayət işi açılıb.
Bundan əvvəl Sankt-Peterburq limanında Hindistandan gələn zirə toxumu yükündə təhlükəli alaq otu aşkar edilib.
Nazlı Almuradova