RU

İsrailin Livana hücumlarında 435 nəfər həyatını itirib

İsrail ordusunun 8 oktyabr 2023-cü ildən bəri Livanda həyata keçirdiyi hücumlarda 435 nəfər həyatını itirib.

BiG.AZ xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada, İsrailin 8 oktyabrdan bəri Livana hücumlarının ümumi sayı ilə bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun hücumlarında 435 nəfərin həyatını itirdiyi bildirilib.

Livanda köçkünlərin sayının 92 228 nəfərə çatdığı qeyd edilib.

İsrail ordusu və Hizbullah 8 oktyabr 2023-cü ildən Livanın cənubunda və İsrailin şimalında qarşılıqlı hücumlarını davam etdirir.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
16
big.az

1Источники