RU

OnePlus Pad Pro planşeti təqdim edilib - QİYMƏTİ

     OnePlus şirkəti OnePlus Ace 3 Pro flaqman smartfonu ilə yanaşı üstəlik flaqman planşetini də təqdim edib. Söhbət, keçən ilki OnePlus Pad-in Pro versiyasından gedir. Şirkət bu yeni planşeti hal-hazırda bazarda mövcud olan ən güclü Android planşet adlandırır. Belə ki, o, Qualcomm-un flaqman prosessoru vasitəsilə çalışır. Beləliklə OnePlus Pad Pro planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 3000х2120 piksel keyfiyyətli 12.1 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 900 nit təşkil edir. Planşet özündə Dolby Atmos dəstəkli 4 ədəd səsgücləndiricini birləşdirir. Onun qalınlığı 6.49 mm, çəkisi isə 584 qramm təşkil edir.     OnePlus Pad Pro bazarda Snapdragon 8 Gen 3 prosessorunu əldə etmiş ilk planşet oldu. Sözügedən prosessor ilə yanaşı planşet həmçinin 8/12/16 GB RAM ilə 128/256/512 GB daxili yaddaş həcminə sahibdir. Kameralar mövzusunda OnePlus Pad Pro 13 MP-lik arxa kamera və 8 MP-lik ön kamera ilə təchiz olunub. Batareyaya gəldikdə isə planşet özündə 67 vatt gücündə sürətli şarj texnologiyalı 9510 mAh enerji tutumlu batareyanı birləşdirir. Onu da qeyd etmək lazımdır ki, planşet stilus və qoşula bilən fiziki klaviatura dəstəyinə sahibdir. Lakin onları ayrıca almaq lazım gələcək. OnePlus Pad Pro artıq Çində satışa çıxıb. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. Planşetin Çin bazarındakı satış qiymətləri aşağıdakı kimidir.- 8 GB RAM + 128 GB yaddaş - 385$- 8 GB RAM + 256 GB yaddaş - 412$- 12 GB RAM + 256 GB yaddaş - 453$- 16 GB RAM + 512 GB yaddaş - 508$. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
technote.az

1Источники