RU

“Avro 2024” zamanı bir şəxs üç azarkeşə bıçaqla HÜCUM ETDİ

Almaniyada “Avro-2024”ün matçını meydanda izləyərkən 3 nəfəri yaralayan 25 yaşlı gənc həbs edilib. Bu barədə bu gün Ştutqart polisinin mətbuat xidməti məlumat yayıb.

 

Sfera.az bildirir ki, Schlossplatz fan zonası azarkeşlərə edilən hücumlara görə bağlanıb. 


Polis 25 yaşlı hücumçunun həbs edildiyini bildirib. KİV-in məlumatına görə, o, Suriya vətəndaşıdır. Yaralılara bıçaqla hücum edildiyi ehtimalı var. İlkin məlumata görə, hücum edən şəxs Suriyalıdır. 

 

Hadisə ötən gün Schlossplatz fan zonasında Çexiya-Türkiyə oyunu zamanı baş verib. 

 

Üç zərərçəkən xəstəxanaya yerləşdirilib. 30.000-ə qədər azarkeşin yerləşə biləcəyi ərazi bloklanıb.

 

Alman mediası polis nümayəndəsinə istinadən yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu yazıb.


Schlossplatz fan zonasının bu gün təxminən saat 16:00-da azarkeşlər üçün yenidən açılacağını bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
21
sfera.az

1Источники