RU

"Şimali Koreya iyul ayında mühəndis qoşunlarını Donbasa göndərəcək" - ISW

"Şimali Koreyanın birbaşa mühəndis dəstəyi Rusiyanın döyüş gücünü cəbhə xətti boyunca əməliyyatlara yönəltməyə imkan verəcək..."
 
Koreyalılar, guya, "bərpa işlərini" icra edəcək...
 
Şimali Koreya işğal edilmiş Donetsk vilayətinin ərazilərinə inşaat və mühəndis qoşunlarını göndərəcək. Bu, bu ilin iyul ayında baş verəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutu (ISW) Cənubi Koreyanın "TV Chosun" telekanalına istinadən  məlumat verib.
 
Məlumatda deyilir ki, KXDR artıq iyul ayında böyük miqyasda mühəndis qoşunlarını Donbasa göndərməyə hazırlaşır.
 
Jurnalistlər Cənubi Koreya məmuruna istinad edir. KXDR ordu qüvvələri, guya, işğalçılara işğal edilmiş Donetskdə infrastrukturun bərpa edilməsində kömək edəcək.
 
Telekanal qeyd edir ki, Şimali Koreya ordusunda 10 mühəndis briqadası var. KXDR Ukraynanın işğal edilmiş hissəsinə 3-4 mühəndis briqadası göndərərsə, Rusiyadan hər il 115 milyon dollar əldə edə bilər.
 
Eyni zamanda ISW qeyd edir ki, Rusiya dünya düzəninə altenativ formalaşdırmaq üçün tarixən SSRİ ilə isti münasibətləri olan dost dövlətlərin koalisiyasını yaratmağa can atır.
 
Lakin analitiklər KXDR qoşunlarının Ukranada döyüş əməliyyatlarında iştirak etmək niyyətlərinin təsdiqini görmür. 
 
Hərçənd, Şimali Koreyanın birbaşa mühəndis dəstəyi Rusiyanın döyüş gücünü cəbhə xətti boyunca əməliyyatlara yönəltməyə imkan verəcək və Rusiyanın Ukraynanın işğal edilmiş ərazilərində hərbi strukturun və müdafiə qurğularının genişləndirilməsinə kömək edəcək.
 
KXDR və Rusiyanın əməkdaşlığı
 
İyunun 19-da Rusiya diktatoru Vladimir Putin son 20 ildən artıq müddət ərzində ilk dəfə olaraq Şimali Koreyanı ziyarət edib. Səfər zamanı Rusiya və KXDR arasında tərəfdaşlıq haqqında müqavilə imzalanıb.
 
Sonradan KİV-lər yazıb ki, Rusiya və KXDR tərəflərdən birinin silahlı hücuma məruz qalacağı təqdirdə bir-birinə dərhal hərbi yardım göstərəcək. 
 
Qeyd edilir ki, "KXDR və RF arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Müqavilə" faktiki olaraq 1960-cı illərin qarşılıqlı müdafiə haqqında qüvvədə olmayan sazişini bərpa edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
moderator.az

1Источники