"Birləşmiş Ştatlar və Çin rəqib olaraq qalırlar. Oların münasibətlərini olduqca rəqabətli adlandırmaq olar".
Bunu ABŞ-nin Çindəki səfiri Nikolas Börns Bloomberg agentliyinə müsahibəsində deyib.
“Bu, xeyil rəqabətli bir münasibətdir. ABŞ və Çin sistemli rəqiblər sayılırlar”, - diplomat bildirib. Eyni zamanda, o qeyd edib ki, indi münasibətlər bir il əvvəllə müqayisədə nisbətən sabitdir.
"Biz sabitliyi qorumaq üçün olduqca vacib olan yüksək səviyyəli hərbi danışıqlara başladıq", - Burns bildirib.
Xatırladaq ki, Çin prezidenti Si Cinpin aprelin sonunda ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə Çin-Amerika münasibətlərinin sabitləşməsinə böyük çətinliklə nail olunduğunu bildirmişdi.
Tural