RU

“Çin bizim sistemli rəqibimizdir“ -Amerikalı səfir

"Birləşmiş Ştatlar və Çin rəqib olaraq qalırlar. Oların münasibətlərini olduqca rəqabətli adlandırmaq olar".

Bunu ABŞ-nin Çindəki səfiri Nikolas Börns Bloomberg agentliyinə müsahibəsində deyib.

“Bu, xeyil rəqabətli bir münasibətdir. ABŞ və Çin sistemli rəqiblər sayılırlar”, - diplomat bildirib. Eyni zamanda, o qeyd edib ki, indi münasibətlər bir il əvvəllə müqayisədə nisbətən sabitdir.

"Biz sabitliyi qorumaq üçün olduqca vacib olan  yüksək səviyyəli hərbi danışıqlara başladıq", - Burns bildirib.

Xatırladaq ki, Çin prezidenti Si Cinpin aprelin sonunda ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə Çin-Amerika münasibətlərinin sabitləşməsinə böyük çətinliklə nail olunduğunu bildirmişdi.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
news365.az

1Источники