RU

Fələstin lideri Rusiyaya gələcək...

Fələstin lideri Mahmud Abbasın Moskvaya səfərinə hazırlıq barədə məlumat Kremldə təsdiqlənib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hazırda buna hazırlaşdıqlarını bildirib.

Kreml sözçüsü əlavə edibki, səfərin tarixləri vaxtında açıqlanacaq.

TASS xəbər verir ki, Peskov Mahmud Abbasın gəlişinin yayın sonuna qədər gözlənilə bilərmi sualına cavab verib. Fələstin liderinin ofisi də öz növbəsində bildirib ki, Mahmud Abbas avqustun 18-də Rusiyaya səfər edəcək.

RİA Novosti xəbər verir ki, planlara Rusiya prezidenti Vladimir Putinlə görüş daxildir.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
sia.az

1Источники