RU

“Hər halda, bir neçə oyun AÇ-nin ümumi ləzzətini aşağı salmayacaq” – Aslan Kərimov

Futbol üzrə Avropa çempionatında qrup mərhələsinin 3-cü turunun bəzi oyunları çox sönük keçdi, komandalar sanki müydana candərdi çıxmışdı.

Mütəxəssislərin fikrincə, bunun əsas səbəbi pley-offa 16 komandanın adlaması, yəni 3-cü yeri tutanlar arasından 4 ən yaxşının da bu hüququ qazanmasıdı. Görəsən, bu şərt həqiqətən turniri mənasızlaşdırır? Aslan Kərimovun “Football-plus.az”a açıqlaması:

“Candərdi oynadıqlarını deməzdim. Çünki bəziləri üçün 3-cü yer uğrunda oyun ölüm-qalım oyunu idi. Ancaq bunun bir qədər də siyasi tərəfi var. Əvvəllər elə idi ki, final mərhələsində maksimum 16 komanda olurdu. 4 qrupda 1-2-ci yeri tutanlar pley-offa adlayırdı. Amma indi komandaların sayını çoxaltdıqlarına görə belə vəziyyət yaranır. Komandalar 1/8 final mərhələsində oynayır. Yəni hər yığmanın bir az daha AÇ-də qalmasına çalışırlar. Bu da öz növbəsində normalda öz qruplarından çıxa bilməyən komandalar üçün yaradılmış fürsətdi. Məsələn, elə qonşu Gürcüstan millisinin normal qruplardan ora çıxmaq şansı yox idi. Albaniya, Makedoniya kimi ölkələrin AÇ-də iştirak şansını sıfra endirmişdi. Bu üzdən UEFA belə addımları atmağa məcbur oldu. Çünki nə qədər çox komanda iştirak edərsə, həmin ölkələrdə futbolun reklamı artır, nəticədə hamısı maddiyyatla bağlanır. Ona görə də belə vəziyyət yaranır. Hər halda, bir neçə oyun AÇ-nin ümumi ləzzətini aşağı salmayacaq. Zaman-zaman belə oyunlarla üzləşəcəyik, ancaq hamısı belə olmalı deyil. Ən azı pley-off mərhələsində istədiyimiz həyəcanı yaşaya biləcəyik”.


KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
30
football-plus.az

1Источники