RU

Fransa Cənubi Qafqazı hərbi əməliyyatlar üçün plasdarma çevirmək istəyir (VİDEMÜSAHİBƏ)

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi sülh bəyanatınarəğmən, orduları davamlı olaraq silahlanır.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəylideyib.

O bildirib ki, Paşinyan özünün qərbli tərəfdaşları ilə revanşəhval-ruhiyyəsi yaradan addımlar atır.

"Son zamanlar Ermənistana verilən silahların hücum xarakterliolduğunu nəzərə alsaq, Nikol Paşinyanın əsas məqsədinin sülhbəyanatları adı altında zaman qazanmaq olduğunu deyə bilərik.Ermənistana müxtəlif istiqamətlərdən hərbi dəstəyin verilməsinəcəhdlər olunur. Bu prosesdə hər zaman olduğu kimi, Fransa ön sıradadayanır. Burada iki əsas məqsəd var. Birinci növbədə hədəf bölgəyəxarici qüvvələrin müdaxilə etməsinə imkan yaratmaqdan və CənubiQafqazı faktiki olaraq hərbi əməliyyatlar üçün plasdarmaçevirməkdən ibarətdir.

Fransa və Ermənistan üçün minimum hədəf isə fərqlidir.Ermənistan tərəfi indiki şəraitdə hücum silahları almaqlamüxalifətin hakimiyyətə qarşı sürdüyü arqumentləri nisbətən dəolsa, zəiflətməyə çalışır. Nikol Paşinyanın atacağı addımlarbarəsində Baqrat və digərlərinin səsləndirdiyi fikirlərinqarşılığında Ermənistan revanşist əhval-ruhiyyə ortaya qoydu", - oqeyd edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
1
az.trend.az

2Источники