RU

Aİ və Ukrayna təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıb

Avropa İttifaqı və Ukrayna Kiyev üçün təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıb. Bu barədə UNIAN məlumat yayıb.

Sənədi Ukrayna prezidenti Vladimir Zelenskinin Brüsseldə keçirilən Aİ sammitində imzalayıb.

Müqavilənin tam mətni hələ dərc edilməyib. 

Bundan əlavə, Zelenski Estoniya və Litva ilə də ayrıca ikitərəfli sazişlər imzalayıb.

İyunun ortalarında G7 sammitində Zelenski ABŞ prezidenti Co Baydenlə təhlükəsizlik zəmanətləri haqqında ikitərəfli saziş imzalayıb. Sənəd hərbi əməkdaşlığın artırılmasını və kəşfiyyat məlumatlarının mübadiləsini nəzərdə tutur, lakin ABŞ-ın Ukraynanı qorumaq üçün Amerika ordusundan istifadə etmək öhdəliyini ehtiva etmir.

Eyni zamanda, Ukrayna Yaponiya ilə də analoji müqavilə bağlayıb. Ümumilikdə, Kiyev artıq iyirmiyə yaxın ölkə ilə oxşar ikitərəfli sənədlər imzalayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
22
buta.media

1Источники