RU

Dağıstandakı teraktlar digər bölgələrdə təkrarlanacaq? - ŞƏRH

"Dağıstanda baş verənlər regional xarakter daşıyır və hələ respublikanın hüdudlarından kənara çıxmır. Cavabını tapmayan əsas sual bu hekayənin digər bölgələrə yayıla biləcəyi ilə bağlıdır. “Krokus” nümunəsi Rusiya kəşfiyyat xidmətlərinin zəifliyini göstərdi. Eyni zamanda, həm "Krokus"da, həm də Dərbənddə hücum edənlərdən heç bir açıqlama verilməməsi təşkilatçıların planlarının miqyasını anlamağı mümkünsüz edir".

Bakupost.az xəbər verir ki, bu fikirlər ukraynalı politoloq Vadim Denisenkonun UNİAN-da dərc olunan məqaləsində bildirilir.
"Şübhə yoxdur ki, Rusiya Federasiyasının idarəetmə sistemi yaxın gələcəkdə yeni, kiçik "qara qu quşlarının" ortaya çıxmasını təmin edir. Eyni zamanda, hakimiyyət heç bir nəticə çıxarmayacaq və heç bir dəyişiklik etməyəcək. Çünki çox şey dəyişdirilməlidir", politoloq qeyd edib.

Onun fikrincə, bütün bunlar kütləvi iğtişaşlara səbəb olmayacaq:

"Rusiya çoxdan “hakimiyyətin bizə yalan danışdığını başa düşürük, amma alternativimiz yoxdur” mərhələsinə qədəm qoyub. Və əsas sual budur ki, bu alternativ ən azı ideyalar səviyyəsində görünəcəkmi? “İdeya” meydana gəlmədən heç bir dəyişiklik mümkün deyil".

Zahid
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
bakupost.az

1Источники