RU

Lunin AVRO-2024-ün qrup mərhələsinin ən pis qapıçısıdır

Ukrayna millisinin qolkiperi Andrey Lunin nüfuzlu “WhoScored” analitik portalının versiyasına görə 2024-cü il Avropa çempionatının qrup mərhələsinin ən pis qapıçısı olub. Matc.az xəbər verir ki, futbolçu 3.80 reytinq alıb. İkinci yeri Türkiyə millisinin qapıçısı Altay Bayındır (5,42) tutub. AVRO-2024-ün qrup mərhələsinin üçüncü ən pis qapıçısı isə Polşa millisinin qolkiperi Voyçex Şesnidir (6,14). Xatırladaq ki, 2024-cü il Avropa çempionatının qrup mərhələsində Lunin bir matçda iştirak edib. 25 yaşlı qolkiper I turun Rumıniya ilə görüşündə meydana çıxıb. Həmin qarşıdurmada Lunin üç qol buraxıb. Bu yarışın qrup mərhələsinin növbəti iki oyununda Lunin ehtiyat oyunçular skamyasında qalıb.  

Избранный
116
matc.az

1Источники