“Bavariya” futbolçusu Yosip Stanişiçlə müqaviləni uzadıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı müdafiəçi ilə yeni müqavilənin müddəti 2029-cu ilin yayına qədərdir. Onun əvvəlki müqaviləsi 2026-ci ilin yayınadək nəzərdə tutulmuşdu. Qeyd edək ki, Xorvatiya millisinin üzvü ötən mövsüm icarə əsasında “Beyer”də çıxış edib. Leverkuzen təmsilçisi ilə Bundesliqanın qalibi olan futbolçu bütün turnirlərdə 40 oyuna 4 qol vurub, 6 qol ötürməsi edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта